Almaniya Kubokunda üçüncü divizionda çıxış edən "Vehen" klubu ilə ölkə çempionu "Bavariya" arasında keçirilən ilk tur matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, münhenlilər 3:2 hesabı ilə qələbə qazanıblar.
16-cı dəqiqədə "Bavariya"nın hücumçusu Harri Keyn penalti zərbəsi ilə hesabı açıb. 51-ci dəqiqədə cinah yarımmüdafiəçisi Mixael Olise fərqi iki topa çatdırıb.
64 və 70-ci dəqiqələrdə "Vehen"in hücumçusu Fatih Kaya dubl edərək hesabda bərabərliyi bərpa edib. 90+4-cü dəqiqədə Keyn ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb.