Lozannada İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı boksçu Mişa Aloyanın “Rio-2016”-da qazandığı gümüş medaldan məhrum edib.
Oxu.Az bu barədə Rosbalt-a istinadən xəbər verir.
Təşkilatın saytında bildirilib ki, Aloyanın dopinq əleyhinə qayda pozuntularına yol verdiyi aşkar olub. Onun yarış zamanı qəbulu qadağan edilən tuaminoqepta maddəsinə görə dopinq yoxlaması müsbət nəticə verib.
Dopinq yoxlaması Rio-de-Janeyroda avqustun 21-də Olimpiada zamanı keçirilib. Bu oyunlarda o, 52 kq qədər çəki kateqoriyasında “gümüş” medal qazanıb.
Aloyan məhkəmənin qərarından apellyasiya şikayəti verməyə hazırlaşır.
N.O.
www.oxu.az