Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Arsenal" Çempionlar Liqası tarixində ilkə imza atıb
İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb.
Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, London təmsilçisi bunu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub etməklə gerçəkləşdirib.
"Topçular" turnir tarixində pley-off matçında səfərdə yeddi qol vuran ilk komanda olub.
İstisna olaraq, 2020-ci ildə ÇL-də baş tutan "Barselona" - "Bavariya" oyunudur. Həmin vaxt Almaniya nəhəngi İspaniya təmsilçisini 8:2 hesabı ilə məğlub etsə də, bu görüş koronavirus pandemiyası səbəbindən neytral meydanda - Portuqaliyanın paytaxtı Lissabonda reallaşıb.
Qeyd edək ki, "Arsenal" və PSV arasında cavab görüşü martın 12-də baş tutacaq.
"Barselona FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: "Barselona" azlıqda qələbə qazandı
- Çempionlar Liqasının 1/8 final mərhələsini hansı kanallardan izləmək olar?
- UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinin ilk oyunlarına dörd görüşlə yekun vurulacaq
- Superkompüter Çempionlar Liqasının qalibi olacaq komandanın adını açıqladı
- "Liverpul" Məhəmməd Salaha əvəzedici tapdı