Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avropanın gözü Bakıda
Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürüb.
Oxu.Az xəbər verir ki, ilk mübarizə Bakı Tennis Akademiyasında başlayır. Azərbaycanı yarışda Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edirlər.
Bundan başqa, sərbəst və yunan-Roma güləşində idmançılar güclərini sınayacaqlar. Güləşçilərimizdən müvafiq olaraq Murad Haqverdiyev (45 kq), Əbülfəz Nəsirov (55 kq), Fərid Sadıxlı (45 kq) və Nihat Məmmədli (55 kq) tamamiyə çıxacaqlar. İlk gündə dörd medal dəstinin (dörd qızıl, dörd gümüş və səkkiz bürünc) sahibinə aydınlıq gələcək.
Bu gün, həmçinin Bakı Kristal Zalında XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
Ümumilikdə festival boyunca 14-18 yaşlı atletlər idmanın 10 növündə - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında bacarıqlarını ortaya qoyacaqlar. Yekunda 135 dəst medal sahibinə qovuşacaq.
İyulun 27-dək davam edəcək EYOF-da Azərbaycan da daxil olmaqla Avropa Olimpiya Komitələrinin (EOC) üzvü olan 50 ölkədən 48-i iştirak edir.
Azərbaycanı turnirdə 122 idmançı təmsil edir.
09:00. Tennis (Bakı Tennis Akademiyası)
Oğlanlar, 1/32 final
Tamerlan Əzizov - Daniele Minigini (İtaliya)
Kənan Qasımov - Alessio Basile (Belçika)
Qızlar, 1/32 final
Polina Drobişeva - Salma Druqdova (Slovakiya)
Alina Hüseynova - Jülyet Bovi (Belçika)
Güləş (Heydər Əliyev adına İdman-Konsert Kompleksi
10:30. Sərbəst güləş
45 kq, A qrupu, 1-ci tur
Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya)
55 kq, 1/8 final
Əbülfəz Nəsirov - Harvey Ridinqs (Böyük Britaniya)
10:30. Yunan-Roma güləşi
45 kq, təsnifat
Fərid Sadıxlı - Andrea Martino (İtaliya)
55 kq, 1/8 final
Nihat Məmmədli - Olivye Şkripçak (Polşa)
Açılış mərasimi
20:00. Bakı Kristal Zalı
Rəylər