Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında günü bir medalla başa vurublar.
Oxu.Az "Report"a istinadən məlumatına görə, Mirxətai Məmmədov yarımfinalda Roman Selyutinə (Rusiya) uduzub.
O, şpaqa üzrə yarışda bürünc medalla kifayətlənib.
Qeyd edək ki, ümumilikdə qılıncoynatma millisinin aktivində 6 bürünc medal var.
Azərbaycan III MDB Oyunlarında daha bir bürünc medalı təmin edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, buna səbəb şpaqa növündə mübarizə aparan ölkə təmsilçiləri Mirxətai Məmmədov və Vahab Fətullayev 1/4 finalda bir-birlərinə rəqib olmasıdır.
İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medalı təmin edib.
Digər qılıncoynadan Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.