Türkiyənin məşhur "Survivor All Star" yarışına bu il fərqli səsi və özünəməxsus üslubu ilə tanınan müğənni Bayhan da qoşulacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə layihə rəhbəri Acun Ilıcılı paylaşım edib.
O, "Survivor 2026 ünlüler &All Star"ın başlamaq üzrə olduğunu elan edib.
"İlk iştirakçımız Bayhana ürəkdən uğurlar arzulayıram", - deyə Acun vurğulayıb.
Qeyd edək ki, 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasında tanınan Bayhan illərdir musiqi karyerasını davam etdirir. Bundan başqa o, bəzi film və seriallarda da rol alıb.
