Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, mərhələnin son oyununda "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edərək növbəti raunda adlayıb. Azər Bağırovun rəhbərlik etdiyi Gəncə təmsilçisi 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq.
Beləliklə, 1/8 final mərhələsinin nəticələrindən sonra Azərbaycan Kubokunun 1/4 final cütləri müəyyənləşib.
Azərbaycan Kuboku
1/4 final mərhələsinin cütləri:
"Turan Tovuz" - "Kəpəz"
"Zirə" - "Sumqayıt"
"Şamaxı" - "Qarabağ"
"Sabah" - "Qəbələ"
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.
Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda bəlli olub.
Oxu.Az xəbər verir ki, 1/8 finalda I Liqa təmsilçisi "Difai"yə 3:1 hesabı ilə qalib gələn "Sumqayıt" növbəti raunda adlayıb.
Bölgə təmsilçisi yarımfinala gedən yolda "Zirə" ilə qarşılaşacaq.
Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan növbəti komanda müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "Qəbələ" doğma meydanda I Liqa təmsilçisi "Şəfa"nı 2:1 hesabı ilə üstələyib.
Meydan sahiblərinin heyətində qolları ikinci və 53-cü dəqiqələrdə İbrahim Sanqare vurub. Qonaqlardan Emin Zamanov altıncı dəqiqədə adını tabloya yazdırıb.
"Qəbələ" növbəti raundda "Sabah"la üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.
Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma baş tutacaq.
Əvvəlcə "Qəbələ" doğma meydanda I Liqa təmsilçisi "Şəfa" ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.
Digər matçlarda isə "Kəpəz" "Araz-Naxçıvan"la, "Sumqayıt" isə "Difai" ilə qarşılaşacaq. Hər iki oyun saat 19:00-da başlanacaq.
Qeyd edək ki, ötən gün keçirilən görüşlərin yekunlarına əsasən "Turan Tovuz", "Zirə", "Şamaxı", "Sabah", eləcə də "Qarabağ" 1/4 finala adlayıblar.
Bizon Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr
15:00. "Qəbələ" - "Şəfa"
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu.
19:00. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
"Liv Bona Dea Arena".
19:00. "Difai" - "Sumqayıt"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.