Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Neftçi" "Kəpəz"i qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. "Ağ-qaralar"ın yeni transferi Bassala Sambu 27-ci dəqiqədə qonaqları məyus edib. Forvard 61-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
İlk görüşdə 2:0 hesablı qalibiyyət əldə edən "Neftçi" mərhələ adlayan tərəf olub. Komanda bu raundda "Sabah"la üz-üzə gələcək.
Digər yarımfinal cütündə isə "Qarabağ" və "Araz-Naxçıvan" münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, bu raundun matçları apreldə olacaq.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "Araz-Naxçıvan" 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 2:0.
3-cü və 45-ci dəqiqədə Felipe Santos penalti zərbəsini dəqiq yerinə yetirib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn naxçıvanlılar növbəti raunda yüksəliblər. Komanda finala gedən yolda "Qarabağ"la üz-üzə gələcək.
Saat 19:30-da start götürəcək matçda "Neftçi" "Kəpəz"i (ilk oyun - 2:0) sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.
Bu gün Azərbaycan Kubokunda dörddəbir final mərhələsinə iki görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə "Zirə" "Araz-Naxçıvan"ı, "Neftçi" isə "Kəpəz"i qəbul edəcək.
Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk oyun günündə "Qarabağ" "Səbail"i 3:1, "Sabah" isə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarımfinalda "Neftçi" - "Kəpəz" cütünün qalibi "Sabah"la, "Zirə" - "Araz-Naxçıvan" görüşünün qalibi isə "Qarabağ"la üz-üzə gələcək.
28 fevral
Azərbaycan Kuboku
1/4 final
Saat 16:00, "Zirə" - "Araz-Naxçıvan"
Saat 19:30, "Neftçi" - "Kəpəz"
"Azərbaycan Kuboku" teqi üzrə xəbərlər
- Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
- AFFA "Zirə" ilə "Neftçi"ni cəzalandırdı
- Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli olub
- Bu günə planlaşdırılan futbol oyunları baş tutacaqmı? - PFL aydınlıq gətirdi