"Sabah" futbol klubu 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Oxu.Az xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.
Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.
Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub.
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda üçüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən matçda "bayquşlar" hesabda irəli çıxıblar - 2:1.
90+1-ci dəqiqədə Coy Lens Mikels dəqiq zərbə müəllifi olub.
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da "bayquşlar" hesaba tarazlıq gətiriblər - 1:1.
70-ci dəqiqədə Patrik Mbina dəqiq zərbə müəllifi olub.
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.
4-cü dəqiqədə Eren Aydın fərqlənib.
Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, həlledici matçda Misli Premyer Liqasında ilk çempionluğunu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə üz-üzə gələcək.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.
Qeyd edək ki, "Sabah" kubokun son qalibidir, "Zirə" isə bunadək iki dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.
Azərbaycan Kuboku
Final
13 may
20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.
VAR: Tural Qurbanov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Palms Sports Arena".