Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent-Lüsiya yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 6:1.
Komandanın qollarını 2-ci dəqiqədə Emin Mahmudov (p), 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.
Qonaqlardan Filip Donavan (p) 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.
Azərbaycan millisi bu gün "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək. Oyunu Gürcüstandan olan hakimlər briqadası (Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili) idarə edəcək.
Nəzərə çatdıraq ki, Azərbaycan millisi martın 30-da Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.