16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovonun paytaxtı Priştinadakı Avropa çempionatında ikinci oyununu keçirib.
Oxu.Az xəbər verir ki, C Divizionunun B qrupunda yer alan kollektiv Ermənistanla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin möhtəşəm qələbəsi ilə başa çatıb - 92:58.
Xatırladaq ki, ilk oyunda Kiprlə üz-üzə gələn milli 51:65 hesabı ilə məğlub olub.
11:00
16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün Kosovonun paytaxtı Priştinadakı Avropa çempionatında ikinci oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, C divizionunun B qrupunda yer alan kollektiv Ermənistanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, ilk oyunda Kiprlə üz-üzə gələn milli məğlub olub - 51:65.