Futbol üzrə Azərbaycan milli komandasının Çexiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, bu barədə millinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında açıqlama verib.
Xorvatiyalı mütəxəssis ilk dəqiqələrdən Kamran Ağayev – Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev – Riçard Almeyda, Rahid Əmirquliyev, Cavid Hüseynov – Ruslan Qurbanov, Əfran İsmayılov, Dmitri Nazarov “11-liy”inə güvənəcəyini bildirib.
S.B.
www.oxu.az