Azərbaycan milli komandasının iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək:
5 iyun
22:00. Azərbaycan - Malta
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa
Dördüncü hakim: Tamaş Boqnar
Sombatxey, "Haladaş" stadionu
9 iyun
22:00. Azərbaycan - San-Marino
Baş hakim: Marton Ruş
Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai
Dördüncü hakim: Bençe Çsonka
Sombatxey, "Haladaş" stadionu