Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Premyer Liqasının ən məhsuldar oyunu məlum oldu
IX turun "Kəpəz" - "Neftçi" matçı Azərbaycan Premyer Liqasında mövsümün ən məhsuldar oyunu olub.
Oxu.Az Peşəkar Futbol Liqasının məlumatına istinadən xəbər verir ki, "Kəpəz"in 4:3 hesabı ilə qalib gəldiyi görüşdə ümumilikdə 7 qol vurulub.
Bunadək ən məhsuldar matçda 6 top qeydə alınıb. VII turun "Səbail" - "Sabah" görüşündə qonaqlar qalib gəliblər - 4:2.
Bununla da "Neftçi" çempionatdakı qələbəsizlik seriyasını 10-a çatdırıb. Ötən mövsümün son turunda "Sabah"a 0:1 hesabı ilə uduzan "ağ-qaralar" cari çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olublar.
Mayın 18-də "Səbail" üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik "Neftçi"nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı "arxada qoyub". 2014/15 və 2015/16 mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.
"Neftçi" həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
- Azərbaycan Premyer Liqası: "Kəpəz"-"Sumqayıt" oyununda qalib müəyyənləşmədi
- Azarkeşlər "Qarabağ"ı yenidən ziyana saldılar
- "Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
- Azərbaycan Premyer Liqası: "Qarabağ" "Şamaxı"nı son dəqiqə qolu ilə məğlub etdi
Rəylər