Azərbaycanın Qolf Federasiyası “Artishock” şirkəti ilə birgə Bakıda Qolf Akademiyasında yay mövsümünün başlanması şərəfinə “Yaşı 30-dan yuxarı” adlı tədbir keçirib.
Oxu.Az xəbər verir ki, proqram çərçivəsində qonaqlar üçün Federasiyanın baş məşqçisi Spenser Hendersonun və AQF-nin digər məşqçilərinin rəhbərliyi altında ustad dərsləri keçirilib.
Tədbirdə Azərbaycanın qolf həvəskarları bir yerə toplaşmışdılar.
Ustad dərslərindən sonra qonaqlar üçün 80-90-cı illərin mahnılarından ibarət disko-party təşkil edilib və onlara bahalı hədiyyələr təqdim edilib.
Tədbirin tərəfdaşları “Anadolu” və “Tuborg Beer” restoranları tərəfindən qonaqlar üçün furşet təşkil edilib.
Foto: Nüsrət Abdullayev
www.oxu.az
2993