Qolf özündə istirahəti, idmanı və əyləncəni birləşdirən gözəl və maraqlı oyundur. Bu, Qərbdə geniş yayılmış və dərin rəğbət qazanmış oyun, bir çox pərəstişkarları üçün həyat tərzinə çevrilib.
Qolfun Azərbaycanda inkişafı birbaşa olaraq Qolf Federasiyasının və onun nəzdində yaradılmış Milli Akademiyanın fəaliyyəti ilə əlaqədardır. Qolf Akademiyasının əsas məqsədlərindən biri yetişməkdə olan yeni nəslin nümayəndələrini bu idman növünə cəlb etmək, gələcəkdə Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək milli yığmanı formalaşdırmaq üçün bu gənclərin arasından istedadlıları üzə çıxarmaqdır.
2015-ci ilin əvvəlindən Qolf Akademiyası tərəfindən, uşaqlar və yeniyetmələr arasında qolfu populyarlaşdırmaq məqsədi ilə uşaqlar-yeniyetmələr üçün “FlamesGolf” proqramı həyata keçirilir. Cari proqram bir neçə davamlı mərhələlərdən ibarətdir.
Proqramın başlanğıc mərhələsi Bakı şəhərinin bir sıra məktəblərində cari ilin qışında realizə edilib. Əsas məqsəd – qolfu mümkün qədər çox sayda məktəbliyə təqdim etməkdir. Məşqlər xüsusi qolf avadanlığı “SNAG” (Start New Аt Golf) vasitəsilə keçirilirdi, bu avadanlıq uşaqlar üçün modifikasiya edilmiş və təhlükəsiz formada qolf oyununun bütün elementlərini özündə birləşdirir. Məşqlərin nəticələrinə görə, məktəblərdə 150-yə yaxın şagird artıq Qolf Akademiyasında “FlamesGolf”un növbəti mərhələsi ərzində ödənişsiz tədris üçün seçilmişdir.
Mayın sonunda “FlamesGolf PARS” proqramının növbəti mərhələsi başa çatdı. 8 həftəlik proqram ərzində 7 yaşından 14 yaşınadək olan 150 uşağa qolf oyununun əsaslarına yiyələnmək üçün əyləncəli şəkildə və ödənişsiz təlimlər keçirildi, qolf oyununun tarixi, etiketi və məşhur qolfçular haqqında əsas məlumatı aldılar.
Bu mərhələdə artıq real qolf avadanlığı və uşaqların istifadəsi üçün nəzərdə tutulmuş inventardan istifadə edilirdi.
Bu mərhələnin əsas məqsədi – Azərbaycan tarixində birinci uşaqlardan və yeniyetmələrdən ibarət qolf üzrə yığmanı yaratmaq üçün istedadlı uşaqlar və yeniyetmələrin seçilməsi idi.
Məktəblilərin yay tətilləri günlərində (iyun-avqust) Akademiyada qolf üzrə yay məşqləri təşkil ediləcək. Əsas məqsəd uşaqlarda Proqramın əsas mərhələləri arasında qolf üzrə səriştənin inkişafıdır. Məşqlər həftədə 4 dəfə, əvvəlcədən yığılmış qruplarda aparılır.
“FlamesGolf” Yay proqramının başlanması ilə əlaqədar Qolf Akademiyasında iyun ayının 13-də ailəvi “Summer Barbecue Party” keçiriləcək. Hər kəsi şənlik, qolf oyunu, dadlı yemək, musiqi, uşaqlar və valideynləri üçün təşkil edilən müxtəlif yarışlar və mükafatlarla zəngin olan əyləncəli gün keçirməyə dəvət edirik.
Yay proqramı və qarşıdan gələn tədbir haqqında daha ətraflı məlumatı +99412 499 86 86 nömərsi və ya info@aqf.az ilə almaq mümkündür.