Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.
Oxu.Az xəbər verir ki, Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub.
Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib.
R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib.
Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib. Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.
08.08.2016 23:39
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Rüstəm Orucov yarımfinal mərhələsində İsrail təmsilçisi Saqi Mukini məğlub edib.
Finalda cüdoçumuzun rəqibi yaponiyalı Şohei Ono olacaq.
R.Orucov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
20:09
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov yarımfinala yüksəlib.
Oxu.Az xəbər verir ki, Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib.
Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) - Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.
19:12
Azərbaycan cüdoçusu Rüstəm Orucov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinə adlayıb.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Avstraliya idmançısı Jake Bensted üzərində ipponla qələbə qazanıb.
Təmsilçimiz növbəti mərhələdə Macarıstan təmsilçisi Miklos Unqvarı ilə qarşılaşacaq.
18:35
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov ilk görüşünə çıxıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 25 yaşlı idmançı 1/16 finalda Didar Xamza ilə qarşılaşıb.
Görüş Orucovun qələbəsi ilə yekunlaşıb. Rəqibi 3 dəfə cərimələndiyi halda, onda bu göstərici 2 olduğu üçün mərhələ adlayıb. Növbəti mərhələdə rəqib Ceyk Bensted (Avstraliya) olacaq.