Region Liqasında çıxış edən "Xıdırlı" komandasına texniki məğlubiyyət verib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Buna səbəb "Xıdırlı" - "Viləş" matçında meydan sahibinin azarkeşlərinin meydançaya daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməyi olub.
Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə qarşılaşma yarımçıq dayandırıldığı üçün "Xıdırlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.