Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanı təmsil edən badmintonçu Ukraynada medal qazandı - FOTO
Ukraynanın Xarkov şəhərində badminton üzrə “RSL Kharkiv International 2018” turnirinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, “International Challenge” kateqoriyalı turnirdə ölkəmizi təmsil edən indoneziyalı Ade Reski Dvikahyo kişi badmintonçuların şəxsi yarışında uğurlu çıxışı ilə yadda qalıb.
Mübarizəyə əsas mərhələdən qoşulan “Sabah” İdman Klubunun badmintonçusu yarışın finalınadək irəliləməyi bacarıb. Dvikahyo həlledici görüşdə çexiyalı Yan Louda ilə qarşılaşıb. Görüş çexiyalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, turniri II pillədə başa vuran Ade Reski Dvikahyo yarışın gümüş medalını qazanıb. Bu, Azərbaycanın “International Challenge” kateqoriyalı badminton turnirlərində ilk medalıdır.
Turnirə təsnifat mərhələsindən start verən digər indoneziyalı legionerimiz Azmi Kovimuramadhoni isə mübarizəni 1/8 finalda dayandırıb. O, moldovalı Kristian Savinə uduzub.
Qeyd edək ki, “RSL Kharkiv International 2018” turnirində 35 ölkədən 202 badmintonçu medallar uğrunda mübarizə aparıb.
Səbuhi MUSAYEV
www.oxu.az
"Ukrayna" teqi üzrə xəbərlər
- İki ölkədən Ukraynaya milyard dollarlıq zəmanət
- Zelenskidən Slovakiya baş nazirinə rüşvət təklifi ilə bağlı açıqlama: "Biz pul verməyə hazır idik"
- Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar
- Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər
Rəylər