Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Azərbaycanlı iş adamı Pike və Laporta ilə görüşüb - VİDEO
Azərbaycanlı iş adamı Adnan Əhmədzadə növbəti “El Klasiko”nu izləmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Belə ki, məhz bu ölkədə İspaniya Superkuboku uğrunda “Real Madrid” və “Barselona” arasındakı final qarşılaşması baş tutacaq.
Oyundan əvvəl həmyerlimiz katalon klubunun prezidenti Joan Laporta və “Barsa”nın tanınmış simalarından olan keçmiş futbolçusu Jerar Pike ilə görüşüb, onlarla birlikdə müxtəlif tədbirlərdə iştirak edib.
Müvafiq görüntüləri biznesmen öz sosial şəbəkə hesabında paylaşıb. Azərbaycanlı iş adamı həmçinin Laporta ilə birlikdə məşhur “çay trendi”nə video çəkib. Həmin kadrlar da sosial şəbəkələrdə geniş yayılıb.
"Barselona FK" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- Avropada keçiriləcək futbol oyunlarının AFİŞASI
- Kenan Yıldız karyerasını İspaniya La Liqasında davam etdirə bilər
- Dünyanın ən yaxşı gənc 100 yarımmüdafiəçisi: İki futbolçumuz siyahıdadır
- 17 yaşında ulduza çevrilən futbolçu İspaniya nəhəngində 100-cü oyununa çıxıb