FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. O, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin iki oyununda fəaliyyət göstərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) - "Mqar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Bundan başqa, Fəridə Lütfəliyeva "Flora" - "Mqar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.