İyulun 19-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir neçə gəminin İranla razılaşdırmadan Hörmüz boğazını keçməyə cəhd etdiyini, lakin uğursuzluğa düçar olduğunu bəyan edib.
Oxu.Az bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər verir.
SEPAH dörd gəminin "təhlükəli marşrutla" hərəkət etdiyini bildirib. Nəticədə onlardan ikisində "qəza hadisələri" baş verib, qalan iki gəmi isə istiqamətini dəyişərək boğazı keçməkdən imtina edib.
SEPAH-ın məlumatına əsasən, hər dörd gəmi naviqasiya sistemləri söndürülmüş vəziyyətdə hərəkət edib və koordinasiyanı ABŞ ilə qurub.