Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda keçiriləcək UFC turnirində yaponiyalı döyüşçünü kimin əvəz edəcəyi bəlli oldu
Bakıda təşkil ediləcək UFC turnirində yaponiyalı Kiyoci Horiquçini əvəz edəcək qazaxıstanlı Azat Maksum 2024-cü ilin fevralından bəri döyüş keçirməyib.
Oxu.Az xəbər verir ki, Qazaxıstan təmsilçisi "Crystal Hall" arenasında rusiyalı Tagir Ulanbekovla qarşılaşacaq.
Maksum UFC-də 2023-cü ildə debüt edib və onda amerikalı Tayson Namuya qalib gəlib. Sonrakı döyüşündə isə Çarlz Consona xal hesabında uduzub. Onun ABŞ təmsilçisi Si Cey Verqara ilə növbəti döyüşü 2024-cü ilin avqustuna planlaşdırılsa da, hər iki döyüşçünün zədələnməsi səbəbindən ləğv edilib.
Qeyd edək ki, Bakıdakı UFC turniri iyunun 21-də keçiriləcək.