"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında zəncirvari qəza baş verib.
Oxu.Az xəbər verir ki, restart zamanı 1-ci döngədə "Alpine" pilotları Pyer Qasli və Franko Kolapinto toqquşublar. Qəzaya "McLaren" pilotu Lando Norris də düşüb.
Nəticədə Qasli, Kolapinto və Norris mübarizəni dayandırıblar. Hadisədən sonra trasda yenidən Təhlükəsizlik avtomobili (Safety Car) rejimi tətbiq edilib.
Qəza yarışın 36-cı dövrəsində baş verib.
Qaynar xətt:
(055) 224 12 12