Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünya çempionatı: Günün son oyununda qalib müəyyənləşmədi
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Mavritaniya və Sloveniya futbolçuları üz-üzə gəliblər.
Azərbaycan millisinin də yer aldığı A qrupunda mübarizə aparan komandaların duelində qalib müəyyənləşməyib - 1:1.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün beşinci matçında Slovakiya Hindistanla üz-üzə gəlib.
Qarşılaşma avropalıların 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, daha əvvəl İngiltərə Ukraynanı (4:0), Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan - Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında ilk böyükhesablı qələbə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün dördüncü matçında Ukrayna və İngiltərə milliləri üz-üzə gəliblər.
Britaniyalılar rəqibini dörd cavabsız qolla üstələyiblər.
Qeyd edək ki, daha əvvəl Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan - Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün üçüncü matçında Portuqaliya yığması Bolqarıstanla üz-üzə gəlib.
D qrupunun matçı Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə bitib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəliblər.
C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb - 1:1.
Qeyd edək ki, bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib - 1:0.
A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.
Bakıda minifutbol üzrə dünya çempionatına start verilib.
Oxu.Az xəbər verir ki, turnirin Milli Gimnastika Arenasında keçirilən ilk oyununda Fransa və Çad komandaları üz-üzə gəliblər.
B qrupunun qarşılaşması Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, bu gün daha yeddi matç gerçəkləşəcək. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.
Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk gündə 8 matç keçiriləcək.
A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.
Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
Dünya çempionatı
Qrup mərhələsi
I tur
21 may
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya
B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan
C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə
D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya - Hindistan
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində