İspaniya Kral Kubokunun ilk finalçısı məlum olub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, cavab qarşılaşmasında Madridin “Atletiko” klubu ilə 1:1 heç-heçə oynayan “Barselona” klubu iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb.
Qeyd edək ki, ilk oyunda kataloniyalılar 2:1 hesabıyla “Atletiko”dan üstün olublar.
Finalın digər iştirakçısı fevralın 8-də keçiriləcək “Alaves” - “Selta” oyununda məlum olacaq.
A.M.