Bu axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmasında "Bavariya" Almaniyada "Real Madrid" klubunu qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu "CBC Sport" TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmasında isə "Arsenal" İngiltərədə Portuqaliyanın "Sportinq" klubu ilə üz-üzə gələcək. "Arsenal" - "Sportinq" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
15 aprel
Saat 23:00, "Bavariya" - "Real Madrid" ("CBC Sport" TV);
Saat 23:00, "Arsenal" - "Sportinq" (İctimai" TV).