UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Qarabağ"a məğlub olaraq mübarizəni dayandıran "Braqa" klubu Azərbaycan təmsilçisini UEFA Çempionlar Liqasına yüksəlməsi münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, klub bu barədə "TikTok" sosial şəbəkə hesabından "sizi burada görmək çox xoş oldu. Uzun məsafə qət etdik", - deyə yazıb.
Qeyd edək ki, 2023/24 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsində iki oyunun nəticəsinə görə 6:5 hesabı ilə qalib gələn "Qarabağ" 1/8 final mərhələsində "Bayer Leverkuzen"lə qarşılaşıb. Komandamız Almaniya təmsilçisinə iki oyunun nəticəsinə əsasən 4:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.