Braziliya futbolunda sensasion hadisə yaşanıb.
Oxu.Az Braziliya mediasına istinadən xəbər verir ki, "Flamengo"nun oyunçusu Leo Pereyra bu yaxınlarda "Real Madrid"in müdafiəçisi Eder Militaonun keçmiş sevgilisi və qızının anası, model Karolin Lima ilə evlənib.
Bunun qarşılığında da Eder Militao da Pereyranın sabiq həyat yoldaşı Taina Kastro ilə evlənib.
Uşaq məsələsi isə hekayəni daha da mürəkkəbləşdirir. Karolin Lima Militaodan olan qızı Sesiliyanı Pereyra ilə böyüdür, Taina Kastro isə iki uşağı Helena və Matteo ilə yaşayır və bu da Pereyra və Militaonu bir-birilərinin övladlarının ögey atası edir.
Militao Braziliya milli komandasının əsas oyunçusudur, Pereyra isə baş məşqçi Karlo Ançelotti tərəfindən 2026-cı il Dünya Kuboku üçün çağırılmağa ümid edir.
Braziliyada azarkeşlər sosial şəbəkələrdə zarafatla bildirirlər ki, bu iki futbolçu üçün real həyatda birlikdə oynamaq müdafiəçi kimi oynamaqdan daha çətindir.