"Real Madrid"in baş məşqçisi Xabi Alonso İspaniya La Liqasının 15-ci turunda "Selta"ya (0:2) məğlubiyyət barədə danışıb.
Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi zədələrlə bağlı problemlərinin olduğunu qeyd edib.
"Gözlədiyimiz nəticəni ala bilmədik. Güclü rəqibə qarşı yüksək tempdə pressinqlə oynamaq istəyirdik, lakin nəsə çatışmadı. Eder Militaonun zədəsi planlarımızı pozdu. Bu, pis xəbərdir. Bizim zədələrlə bağlı çoxlu problemlərimiz var, indi isə daha biri. Üç xalın itirilməsi təəssüf doğurur, biz qəzəbliyik", - deyə Alonso bildirib.
Qeyd edək ki, "Real Madrid" İspaniya La Liqasının turnir cədvəlində 36 xalla ikinci yerdədir. "Selta Viqo" isə 19 xalla 10-cu pillədə qərarlaşıb.