Braziliya Prezidenti Luis İnasio Lula da Silva italyan mütəxəssis Karlo Ançelottinin futbol üzrə ölkə yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmasını tənqid edib.
Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, prezident Braziliya Futbol Federasiyasının bu qərarına qarşı çıxıb.
Braziliya liderinin fikrincə, milli komandaya yerli mütəxəssis rəhbərlik etməlidir:
"Əcnəbi baş məşqçinin təyin edilməsinin əleyhinə deyiləm, ancaq yerli məşqçinin daha uyğun olacağını düşünürəm", - deyə Lula bildirib.
Qeyd edək ki, K.Ançelotti mayın 26-dan Braziliya millisində baş məşqçi vəzifəsinə başlayacaq.