Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bundesliqa lideri son dəqiqə qolu ilə qalib gəldi - VİDEO
Almaniya Bundesliqasının 18-ci turunun mərkəzi oyununda “Leypsiq” ilə Leverkuzen “Bayer”i qarşılaşıb.
Görüş Leypsiqdəki “Red Bull Arena”da baş tutub.
İlk qolu yeddinci dəqiqədə “Leypsiq”in yarımmüdafiəçisi Xavi Simons vurub. 47-ci dəqiqədə “Bayer”in yarımmüdafiəçisi Natan Tella hesabı bərabərləşdirib.
56-cı dəqiqədə Lua Openda “Leypsiq”i yenidən hesabda önə keçirib. Cəmi 7 dəqiqə sonra “Bayer”in müdafiəçisi Conatan Ta hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə qonaqların müdafiəçisi Pyero İnkapi qələbə qolunu vurub - 2:3.
Bu nəticədən sonra “Leypsiq” turnir cədvəlində 18 oyundan 33 xalla dördüncü yerdədir. “Bayer” isə eyni sayda görüşdən sonra 48 xalla birincidir.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək
Rəylər