PSJ-nin baş məşqçisi Luis Enrike yerli mətbuata verdiyi açıqlamada Canluici Donnarummanın komandadan ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA Superkubokunun iştirak ərizəsinə Donnarummanı əlavə etməməsinin səbəbini izah edib.
"Donnarummanın UEFA Superkubokunun heyətinə daxil edilməməsini mən istəmişəm. Həmin mövqedə fərqli profildə bir futbolçu görmək istəyirdim. Canluici dünyanın ən yaxşı qapıçılarından biridir, lakin bu, mənim qərarımdır", - deyə o bildirib.
Xatırladaq ki, İtaliya millisinin üzvü artıq PSJ ilə yolları ayırıb.
Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi.
İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın "Pari Sen-Jermen" futbol klubunu tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "Instagram" səhifəsində məlumat verib.
"Əziz PSJ azarkeşləri, kluba qoşulduğum ilk gündən öz yerimi qazanmaq və bu klubun hədəfini qürurla müdafiə etmək üçün meydanda hər şey etdim. Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq klubun bir parçası ola bilməyəcəyəm və onun uğurlarına töhfə verə bilməyəcəyəm. Bu qərar məni məyus edir və kədərləndirir. Komanda yoldaşlarıma - ikinci ailəmə - hər oyuna görə təşəkkür edirəm. Bu mənim üçün böyük şərəf idi", - Donnarumma yazıb.
Qeyd edək ki, 26 yaşlı qolkiper 2021-ci ildən PSJ-də oynayıb. PSJ-nin baş məşqçisi Luis Enrike qapıçını heyətdən kənarlaşdırmaq qərarına şəxsən gəldiyini bildirib və əlavə edib ki, ona fərqli tipli qapıçı lazımdır.
Öz növbəsində, italiyalı qapıçı İngiltərənin "Mançester Siti" klubu ilə razılığa gəlib.
Məlumata görə, italiyalı "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə danışıqlar aparıb və müqavilə imzalamağa razılaşıb.
Baş məşqçinin qərarına əsasən, PSJ-nin əsas qapıçısı Canluici Donnarumma UEFA Superkuboku üçün açıqlanan heyətə daxil edilməyib.
Oxu.Az xəbər verir ki, bu qərarın səbəbi hələlik açıqlanmayıb.
İtaliyalı qolkiperin Superkubok görüşündə forma geyinməyəcəyi klub azarkeşləri arasında suallar yaradıb.
Xatırladaq ki, UEFA Superkuboku matçında PSJ klubu "Tottenhem"lə kubok uğrunda mübarizə aparacaq. Oyun avqustun 13-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.