Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçirilib.
Madrid "Real"ı öz meydanında "Atalanta"nı qəbul edib. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn ispanlar cavab matçında da "Atalanta"dan üstün olub - 3:1.
"Mançester Siti" isə pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Macarıstanda qəbul edib. "Şəhərlilər" baş tutmuş ilk qarşılaşmada da Mönhenqladbax təmsilçisinə eyni hesabla qalib gəlib 2-0.
1/8 final, cavab oyunları
“Real” (Madrid, İspaniya) – “Atalanta” (İtaliya) - 3:1
Qol: Benzema, 34, S.Ramos, 59 (pen), Asensio, 85 – Muriel, 83
Baş hakim: Danni Makkeli (Niderland)
Madrid. “Alfdredo di Stefano” stadionu
İlk oyun – 1:0