Çempionlar Liqasının arxada qalan 4 turunun ən sürətli futbolçuları açıqlanıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, söhbət futbolçuların oyun ərzindəki ümumi sürətindən gedir.
Yəni 1 saat ərzində ən çox məsafə qət edənlərin adları bəlli olub. UEFA-nın rəsmi saytı ən azı 200 dəqiqə meydanda olan və ya 3 oyunda forma geyinənlərin göstəricilərini hesablayıb.
Turnirin rekordçusu Kristian Eriksendir. O, hər saata 8,43 km qət edib. Ümumiyyətlə isə 8 oyunçu saatda 8 km-dan artıq qaçmağa nail olub.
UEFA-nın açıqladığı “11-lik”də Azərbaycan çempionu “Qarabağ”ın üzvü yer almayıb. Düzdü, təmsilçimizin braziliyalı legioneri qət etdiyi ümumi məsafənin uzunluğuna görə Çempionlar Liqasında 7-cidir.
Amma 46 km 469 m məsafə qət edən Riçard 4 oyunda 360 dəqiqə oynayıb. Cənubi amerikalı saata 7,74 km qət edə bilib.
Onun belə orta sürəti UEFA-nın tərtib etdiyi 11 futbolçudan ibarət siyahıya düşmək üçüm yetərli olmayıb. Hərçənd siyahıda sürəti 8 km/s-dan aşağı olan üç oyunçu da yer ala bilib. Yarımmüdafiəçimizi “11-lik”dən 0,22 km/s ayırır.
| yer | futbolçu | Klubu | Km/s | km | dəq | m/dəq |
| 1 | Kristian Eriksen | Tottenhem (İngiltərə) | 8,43 | 37935 | 270 | 140,50 |
| 2 | Qayas Zahid | APOEL (Kipr) | 8,28 | 39614 | 287 | 138,03 |
| 3 | Mohammed Elyunussi | Bazel (İsveçrə) | 8,21 | 39141 | 286 | 136,86 |
| 4 | Pieter Gerkens | Anderlext (Belçika) | 8,18 | 35600 | 261 | 136,40 |
| 5 | Marek Hamşik | Napoli (İtaliya) | 8,15 | 40471 | 298 | 135,88 |
| 6 | Pyotr Zelinski | Napoli (İtaliya) | 8,13 | 23997 | 177 | 135,58 |
| 7 | Blaz Vrnoviç | Maribor (Sloveniya) | 8,09 | 34921 | 259 | 134,83 |
| 8 | Kevin De Bruyne | Mançester Siti (İngiltərə) | 8,01 | 48052 | 360 | 133,48 |
A.M.