Dünya Çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına tapşırıb.
Ostrava şəhərində keçiriləcək görüşdə ədalət təmsilçisi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.
Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.
A.M.