Futbol üzrə Çexiya milli komandası dünya çempionatları tarixində 20 illik qol həsrətinə son qoyub.
Oxu.Az xəbər verir ki, yığma komanda bu uğura qrup mərhələsinin ilk turu çərçivəsində, Cənubi Koreya ilə keçirilən görüşdə imza atıb.
Gərgin keçən matçın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçi dəqiq baş zərbəsi ilə rəqib qapısına yol taparaq hesabı açıb. Bu, Çexiya yığmasının 20 ildən sonra mundiallarda vurduğu ilk qol kimi tarixə düşüb.
Çexlər bundan əvvəl sonuncu dəfə 2006-cı ildə keçirilən dünya çempionatında rəqib torunu havalandıra bilmişdilər. Həmin vaxt komanda ABŞ yığmasını üç cavabsız qolla məğlub etmişdi.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatına iyulun 19-da yekun vurulacaq.