Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
Bakıda keçirilən cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışda qadınlar arasında 7, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə aparıb.
Qadınların yarışında -52, -57, -63, -70 və +70 kiloqram, kişilərin yarışında -66, -73, -81, -90 və +90 kiloqram çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə "Neftçi" İdman Klubu (2) 3:0 hesabı ilə "Umbayev Sport Klub"a, "Cüdo Klub 2012" 3:1 hesabı ilə "Azəri-Cüdo İdman Klubu"na qalib gəlib. Final görüşü "Neftçi" İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirilib. Şuşa UGİM 3:1 hesabı ilə qalib gələrək qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Kişilər arasında bürünc medal uğrunda görüşlərdə Neftçi İdman Klubu (1) 3:0 hesabı ilə "Neftçi" İdman Klubuna (1), "Kanokan TT" İdman Klubu 3:1 hesabı ilə "Sərhədçi" İdman Mərkəzinə qalib gəlib. Final görüşü "Cüdo Klub 2012" ilə "Atilla" İdman Klubu arasında keçirilib. "Cüdo Klub 2012" 3:1 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə yarışlarının püşkatma mərasimində iştirak edəcəklər
- "Böyük Dəbilqə"nin ilk günü: Azərbaycan cüdoçusu fransalı rəqibinə qalib gələrək qızıl medal qazandı
- Cüdo üzrə milli komandamız Belçikada keçirilən beynəlxalq turniri ikinci pillədə başa vurub
- Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb
Rəylər