Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cüdo üzrə milli komandamız Belçikada keçirilən beynəlxalq turniri ikinci pillədə başa vurub
Azərbaycanın kişilərdən ibarət millisi Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində medal əyarına görə ikinci yeri tutub.
Oxu.Az Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, seçmə komandanın üzvləri yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurublar.
Turnirin ikinci günündə Elşən Əsədov (66 kq) qızıl, Məhərrəm İmamverdiyev (81 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Murad Muradlı (60 kq) qızıl, Qadir Hüseynovla (73 kq) İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (73 kq) isə bürünc mükafat əldə ediblər.
Qadınlardan isə yalnız Şəfəq Həmidova (48 kq) gümüş medal qazanıb.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna 3 medalla başlayıb
- Qubada cüdo üzrə Avropa Kuboku keçiriləcək
- Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
- Cüdoçuların dünya reytinqinin ilk onluğunda altı azərbaycanlı yer aldı
- Yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun keçirilmə vaxtı və yeri müəyyənləşib