Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 7 medal qazanıblar.
Oxu.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U18 yaş kateqoriyasında mübarizə aparan idmançılar uğurlu nəticə göstəriblər.
Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, 23 ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə U16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.