Rusiya yığması Əlcəzairlə heç-heçə oynayaraq Dünya çempionatında mübarizəni dayandırdı.
Oxu.Az xəbər verir ki, oyun rusiyalılar üçün yaxşı başladı. Artıq 6-cı dəqiqədə Kokorin komandasını hesabda irəli çıxardı. Lakin bundan sonra Kapellonun komandası müdafiəyə qapandı. Üstünlüyü ələ keçirən Əlcəzair futbolçuları isə 60-cı dəqiqədə bərabərliyi bərpa etdilər. Slimani cərimə zərbəsindən ötürülən topu başla qapıdan keçirdi.
Rusiya 1:1 Əlcəzair
Beləliklə, Əlcəzair yığması ikinci yerdən pley-offa vəsiqə qazanır. Rusiya isə, 3 oyuna 2 xal toplayaraq çempionatla vidalaşır.
Onlar yalnız bir məqamla təsəlli tapa bilərlər, növbəti mundialın seçmə mərhələsində iştirak etməyəcəklər.
Paralel keçirilən görüşdə isə Belçika yığması Cənubi Koreyanı minimal hesabla məğlub etdi.
1/8 finalda belçikalılar ABŞ yığması ilə, əlcəzairlilər isə Almaniya ilə qarşılaşacaq.