Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ABŞ-Almaniya oyununa təyyarədə uçarkən baxıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Doug Mills özünün Twitter səhifəsində paylaşıb.
“Air Force One” təyyarəsilə uçan prezident və onu müşayiət edənlər geniş ekranda ABŞ-Almaniya oyununu seyr ediblər.
ABŞ millisi 0-1 hesabı ilə uduzsa da G qrupunda Almaniya kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, həmin oyunda yeganə topu amerikanların qapısından oyunun 55-ci dəqiqəsində Thomas Mueller keçirib.