ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdikləri futbol üzrə dünya çempionatında gərgin keçəcək pley-off mərhələsində iştirak hüququ qazanan 19 komandanın adı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin nəticələrinə əsasən, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Kot-d'İvuar, Ekvador yığmaları 1/16 finalda öz güclərini sınamaq imkanı əldə ediblər.
Eyni zamanda, 1/16 final çərçivəsində yaşanacaq ilk 4 maraqlı duel də artıq məlumdur. Belə ki, növbəti mərhələdə CAR Kanada, Braziliya Yaponiya, Niderland Mərakeş, ev sahiblərindən ABŞ isə Bosniya və Herseqovina ilə amansız mübarizəyə çıxacaqlar.
Xatırladaq ki, milyonlarla azarkeşin böyük maraqla izlədiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.