Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) yarımfinal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, onun rəqibi iranlı Armin Amin Esmaeli olub.
İranlı idmançı xalça üzərinə çıxmadığından Əli Cavadlı qalib elan edilib və finala yüksəlib.
Qeyd edək ki, bu gün daha iki təmsilçimiz - Abdulrəhman Hüseynli (51 kq) və Elmir Çərkəzov (60 kq) - yarımfinal qarşılaşmasına çıxacaq.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) ikinci görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, gürcüstanlı Luka Bolkvadze ilə qarşılaşıb.
Matç təmsilçimizin vaxtından əvvəl qələbəsi ilə başa çatıb - 9:0.
Ə.Cavadlı daha əvvəl bolqarıstanlı Oqnyan Burqazovu məğlub etmişdi.
Xatırladaq ki, daha əvvəl Elmir Çərkəzov (60 kq) və Abdulrəhman Hüseynli (51 kq) 1/4 finala çıxıblar. Zöhrab Səfərov (92 kq) və Nadir Həsənov (71 kq) isə müvafiq olaraq təsnifat və 1/8 final mərhələsində məğlub olublar.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Əli Cavadlı (45 kq) ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovla qarşılaşıb.
Görüş Əli Cavadlının 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu gün daha dörd güləşçimiz finala çıxmaq uğrunda mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.