Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dünyanın ən yaxşı gənc 100 yarımmüdafiəçisi: İki futbolçumuz siyahıdadır
Dünyanın ən yaxşı 23 yaşadək yarımmüdafiəçilərin adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) planetin 46 liqası üzrə ən yaxşı müdafiə qabiliyyətinə malik oyunçuları üzə çıxarıb.
Siyahıda iki azərbaycanlı futbolçu da yer alıb. "Turan Tovuz"un futbolçusu Fərid Yusifli dünyada 85-cidir. Onun reytinqi 64,3-ə bərabərdir.
"Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərov 89-cu pillədə qərarlaşıb. Onun reytinqi 64,1-dir.
Siyahıya Rokko Reyts başçılıq edir. "Borussiya Münhenqladbax"ın futbolçusu 86,9 əmsala layiq görülüb. "Barselona"lı Mark Kasado 84,9 reytinq xalı ilə 2-cidir. İlk "üçlüy"ü "Genk"in oyunçusu İbrahima Banqura qapayır - 83,5.
Qeyd edək ki, gənc ulduzlardan Rayan Qravenberx ("Livepul") 5-ci, Joau Neveş (PSJ) 6-cı, Eduardo Kamavinqa ("Real Madrid") 9-cudur.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "Real Madrid" Kriştianu Ronaldunu qısa müddətlik qaytarmaq istəyir
- Arda Güler "İnter"in təklifini rədd etdi - İcarə əsasında oynamaq istəmir
- Serxio Ramos yeni klubunda rekorda imza atdı
- "Liverpul" və "Milan" "Real Madrid"in mərkəz müdafiəçisi üçün təklif hazırlayır
- PSJ klubu "Barselona"nın gənc ulduzu üçün rekord transfer təklifi göndərməyi planlayır