Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb
Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən 49 saylı yaşayış binasında ciddi kommunal problem yaranıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, binanın zirzəmisinə kanalizasiya suyu dolub.
"Binanın zirzəmisinə dolan çirkab su bütün divarları nəmləndirib. İy-qoxu əlindən tərpənmək olmur. Xəstəlik mənbəyi yaranıb", - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib ki, iki kanalizasiya lükü arasında tutulma baş verməsi səbəbindən sözügedən binada problem yaranıb.
"Qeyd edim ki, Şəfəq qəsəbəsinin inzibati ərazisində 88 çoxmərtəbəli yaşayış binası var. Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sumqayıt Şəhər Sukanal İdarəsi tərəfindən həmin hissədə təmizləmə işləri aparılıb.
Sözügedən tutulma nəticəsində binanın zirzəmisinə 2-3 santimetr hündürlüyündə su yığılması müşahidə olunub. Dərhal tərəfimizdən xüsusi nasoslar vasitəsilə su kütləsi zirzəmidən kənarlaşdırılıb. Kanalizasiya xəttində baş vermiş sonuncu tutulma hadisəsi ilə bağlı da tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Hazırda ərazidə təmizləmə istiqamətində işlər həyata keçirilir", - deyə S.Qasımbəyli bildirib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Yasamalda restoranın qarşısındakı neqativ hal aradan qaldırıldı
- Təcili tibbi yardım avtomobillərindən ibarət "qəbiristanlıq"la bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- "Məktəbin həyətində şagirddən çox, sahibsiz itləri görmək olur" - ŞİKAYƏT
- Kənd Əhmədlidə çıxılmaz vəziyyət: "Kanalizasiya iyindən durmaq mümkün deyil"