Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Eldəniz Əzizli Avropa çempionatının finalında uduzmasının səbəbini açıqladı
"Avropa çempionatının finalında taktiki səhv ucbatından uduzdum".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə etməsinə münasibətini bildirərkən deyib.
O, buraxdığı səhvləri qarşıdan gələn yarışlarda təkrarlamamağa çalışacağını söyləyib:
"Çempion olacağımı düşünürdüm. Amma bəzən düşündüklərin olmur. Finalda taktiki səhv ucbatından uduzdum. Güləşdir, hər an hər şey mümkündür. Ruhdan düşmürən, qarşıda dünya çempionatı var. Çalışacağam buraxdığım səhvi təkrarlamayım".
Qeyd edək ki, Eldəniz Əzizli finalda rusiyalı Emin Seferşayevə (UWW) uduzaraq ikinci olub.