"Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının 1/4 final mərhələsində İngiltərəyə qalib gələrək yarımfinala yüksəlmələri barədə danışarkən deyib.
O, komandasının layiqli şəkildə mübarizə apardığını bildirib: "Gözəl oyun nümayiş etdirdik. Hər mərhələ keçdikcə güclü rəqiblər qarşımıza çıxır. Sabah yarımfinalda Monteneqro ilə üz-üzə gələcəyik. Yalnız qələbə düşünürük".
Qeyd edək ki, Azərbaycan seçməsi İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Anar Həsənov