Azərbaycan millisinin üzvü Mahir Emreli şərəfini qoruduğu "Kayzerslautern"in heyətində növbəti oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, "Kayzerslautern" 2-ci Bundesliqada öz meydanında "Şalke"ni qəbul edib.
Futbolçumuz meydançaya start heyətdə çıxıb və 72-ci dəqiqədə millimizin üzvü oyunda sarı vərəqə alıb.
Qarşılaşma isə "Kayzerslautern"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda komanda üç xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.