ABŞ-nin Baltimor şəhərində atışma nəticəsində altı nəfər yaralanıb.
Oxu.Az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "CBS News" kanalı məlumat yayıb.
Qurbanlardan biri qolundan güllə yarası alan beş yaşlı qızdır. Yaralılardan birinin vəziyyəti ağırdır. O, əməliyyat olunmaq üçün yerli xəstəxanaya aparılıb.
Polisin məlumatına görə, axşam saatlarında baş verən atışma zamanı xəsarət alanlar evlərinin eyvanında olublar və yemək yeyiblər.
Qeyd olunur ki, hazırda şübhəli şəxslər müəyyən edilməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatını və səbəblərini müəyyən etmək üçün zərərçəkmişləri və atışma şahidlərini dindirirlər.